Yaz ayının yağışı yağanda,
Yadıma sən düşürsən o anda,
Darıxır ürək belə olanda,
Sanki asılı qalıb havada.

Yayın günəşi qəlbə dolanda,
Dənizə tənha durub baxanda,
Ötən günləri yada salanda,
Çox demirəm bir az ol yanımda.

Gün keçdi sən gəlmədin,
Il oldu sən gəlmədin.
Gözlədim,mən gözlədim,
Kimsə yerini tutmadı,olmadı sənin.

Bəlkədə hər fəsil səni son ümid kimi gözləyəcəyəm,
Bəkədə hər fəsil belə mən xəyalına get deyəcəyəm,
Bəlkədə bir daha səni öz yanımda görməyəcəm