Bir axşam taksidən düşüb payıza…
Bilmədik haraya, hayana gedək…
Bahar həsrətiylə, payız axşamı…
Yenə həzin-həzin, titrədi ürək…

Yağışın əlindən qaçıb bir küncə
Dayandıq, üzümüz dənizə sarı…
Yenə tapılmadı, payız gəlincə
O ötən günlərin itmiş açarı