Nə olar, bir anlıq keçmişə dönsəm
Bəxtimi oyada bilsəm
Ağrısız-acısız yaşaya bilsəm
Yamanca yorulmuşam mən 2x

Kim bilir, qəlbimin ağrısını kim bilir?
Həsrətin yanğısını kim bilir?
Yamanca yorulmuşam mən 2x

Gözlərim yolda, qulağım səsdə
Qalmayıb daha həvəs də
Ürəyim döyünür qızıl qəfəsdə
Yamanca yorulmuşam mən 2x

Bircə gün bəxtəvər yaşaya bilsəm
Üzüm də gülərdi hərdən
Belə yaşamaqdan yaxşıdır, ölsəm
Yamanca yorulmuşam mən