Mən ki doymamışdım heç vüsalından
Mənə zülm eylədi yaman ayrılıq
Nə olardı bir gün durub yuxudan
Görəydim ki, olub yalan ayrılıq

Mən görəndə orda yaz səhəriydi
Xoş nəfəs baharın küləkləriydi
Açılan ağ badam çiçəkləriydi
İndi onlardımı solan, ayrılıq
Ayrılıq, ayrılıq, aman ayrılıq
Mənə zülm eylədi yaman ayrılıq

Biz ki, bir ruh idik iki bədəndə
O gülüb-sevinsə gülərdim mən də
Vüsalın bülbülü uçub gedəndə
Daş kimi qəlbimdə qalan ayrılıq

Mən görəndə orda yaz səhəriydi
Xoş nəfəs baharın küləkləriydi
Açılan ağ badam çiçəkləriydi
İndi onlardımı solan, ayrılıq
Ayrılıq, ayrılıq, aman ayrılıq
Mənə zülm eylədi yaman ayrılıq

Kim qıydı dostların bahar elinə
Mehriban sözünə, şirin dilinə
Cananın sazını alıb əlinə
Əğyar mizrabıyla çalan ayrılıq

Mən görəndə orda yaz səhəriydi
Xoş nəfəs baharın küləkləriydi
Açılan ağ badam çiçəkləriydi
İndi onlardımı solan, ayrılıq
Ayrılıq, ayrılıq, aman ayrılıq
Mənə zülm eylədi yaman ayrılıq