Mən ölsəm, yox olsam
Çinar kimi solaram
Bilsəm ki, xoşbəxtsən
Bəxtəvər olaram

Amma unutma ki, mən qayıdaram
Ötən günlər limanına
Oradan yuxuna qonaq gəlib
Öpüb oyadaram …

Mən küləyəm, mən küləyəm
Məni sınama
Mən özgəyəm, mən özgəyəm
Məni saxlama …
Cənnətdən qovulmuş şeytanam
Məni qınama …
Mən küləyəm, mən küləyəm
Məni sınama…

2x

Necə qaranlıq, necə sükut var
Bura kölgələr ölkəsi
Bura öz dünyam, bura çox viran
Bura çağırmam hər kəsi
Bəlkə bir gün yenə mən qayıdaram
Ötən günlər limanına
Oradan yuxuna qonaq gəlib
Öpüb oyadaram…ooo

Mən küləyəm, mən küləyəm
Məni sınama
Mən özgəyəm, mən özgəyəm
Məni saxlama …
Cənnətdən qovulmuş şeytanam
Məni qınama …
Mən küləyəm, mən küləyəm
Məni sınama…

Səsimin qəmli notlarısan
Sən bunu anla …
Səmalara açılmış qanadımsan
Yadında saxla…
Könülsüz, qəmli otağımsan
Günəşim alma ..
Mən küləyəm, mən küləyəm
Məni qınama…

2x