Bakının dar küçələrindən birində
Gəlsək səninlə üz-üzə
Sarılardıq, bəlkə

Sən qəlbinin səsini dinlə
Necə keçir axı günlər
Olub hətta aylar, illər

Məni də özünlə apar
Qanayır vurduğun yara
Çarə etmir, inan ki, buna zaman

Məni də özünlə apar
Qanayır vurduğun yara
Çarə etmir, inan ki, buna zaman

Bakının dənizi edərdi bəlkə, bizə kömək
İstəmişdik sevmək
“İstəmirsəm” sözünü demə

Sən qəlbinin səsini dinlə
Necə keçir axı günlər
Olub hətta aylar, illər

Məni də özünlə apar
Qanayır vurduğun yara
Çarə etmir, inan ki, buna zaman

Məni də özünlə apar
Qanayır vurduğun yara
Çarə etmir, inan ki, buna zaman