Buludlar, pambıq kimi buludlar
Bütün keçmiş qızlarıma deyin salamlar 2x
Üzündən günəş saçır
Sevincdən baş fırlanır
Vurulmusan, bəli vurulmusan
Gözün ora – bura qaçır
De mənə kimi axtarır
Vurulmusan, bəli vurulmusan
De mənə, de mənə, onu görəndə
Boğazın quruyur, dilin tutulurmu?
De mənə, onu görəndə
Səninçün qarlı qış əriyir yay olurmu?
Gecədən səhərə qədər
Ev telefonundan zənglər
Sən və o (Alo)
(Salam sevgilim , aloo)
Bu günlər mənim başıma da gəlib
Ürəyim yanıb, donub, əriyib
Ora kimlər gəlib getməyib Oh yeah
Saf məhəbbət nə deməkdir bunu bilir çoxu
Əgər sən də bilirsən
Mahnımın nəqarətin mənimlə bir oxu (Yo yo yo)
Buludlar, pambıq kimi buludlar
Bütün keçmiş qızlarıma deyin salamlar 2x
Sinəmdə çırpı çırpı çırpınan ürəyim
Dil aç, söylə, sevmədinmi?
Həyatına qonaq gələn, hər xanımı
Sevgindən vermədinmi?
Kiməsə oyuncaq oldun
Kiməsə sığınacaq oldun
Kimlərsə çəkir həsrətini sənin
Kiməsə çatmadı döyüntülərin
Saf məhəbbət nə deməkdir, bunu bilir çoxu
Əgər sən də bilirsən
Mahnımın nəqarətin mənimlə bir oxu (Yo yo yo)
Buludlar, pambıq kimi buludlar
Bütün keçmiş qızlarıma deyin salamlar 2x
Ceyhun Zeynalov Jin – Buludlar Gitara Akkordları