Sənsiz yollarda qalıb gözlərim
İntizardayam, yar, gəl, gəl
Əhdi unutma görüş yeritək
Bir bahardayam, yar, gəl, gəl

Vəfadarım mənim, ilk baharım mənim
Eşqində görmüşəm səadətimi
Məndən dönsən əgər, Ayım, Günəşim sönər
Könül verdiyim, qoru məhəbbətimi

Yorğun dəniztək, nurlu gündüztək
İncə duyğumsan, yar, gəl, gəl
Mənim həyatım, mənim ümidim
Şirin yuxumsan, yar, gəl, gəl

Vəfadarım mənim, ilk baharım mənim
Eşqində görmüşəm səadətimi
Məndən dönsən əgər, Ayım, Günəşim sönər
Könül verdiyim, qoru məhəbbətimi