Geyimimiz, hüququmuz bir idi
Şagird idik, hamımızın adıydı.
Elə bil ki, boyumuz da eyniydi
Aman allah nə xoşbəxtdik biz onda.
Bir müəllim töhmətiydi dərdimiz
Bir töhmətdən için-için yanırdıq.
Hələ onda bilmirdik ki, bunu biz
Bir gün necə həsrət ilə anarıq.
Dünya hələ bizim üçün nağıldı
Min arzuyla-alışırdıq yanırdıq,
Özümüzü biz hamıdan ağıllı
Özümüzü nə bəxtəvər sanırdıq.
Məktəb illəri, ömrümün ən şirin, duyğulu, qayğısız günləri
Hər anı bir ömrə bərabər sehrli günləri, ən təmiz arzulu günləri.
Hələ onda bu dunaynın şərindən,
Yalanından xəbərimiz yox idi.
Qəm-qüssəmiz, kədərimiz bir damcı,
Hələ onda sevincimiz çox idi.
Yazılanı bir silgi ilə pozmaq da,
Bizim üçün nə asandı, nə asan
Xəbərsizdik ömrümüzə biz hələ,
Tale yazan pozulmayan yazıdan
Dünya hələ bizim üçün nağıldı
Min arzuyla-alışırdıq yanırdıq,
Özümüzü biz hamıdan ağıllı
Özümüzü nə bəxtəvər sanırdıq.
Məktəb illəri, ömrümün ən şirin, duyğulu, qayğısız günləri
Hər anı bir ömrə bərabər sehrli günləri, ən təmiz arzulu günləri