Gedirəm bu axşam, gedirəm gülüm
Bilirəm gül üzün solacaq mənsiz
Gedirəm gəlməsəm qalacaq sevgim,
Bəlkə də gözlərin dolacaq mənsiz
Gedirəm gəlməsəm qalacaq sevgim,
Bəlkə də gözlərin dolacaq mənsiz

Yaşadır sevdalı bir xəyal məni,
Gedirəm gəlməsəm yada sal məni
Yaşadır sevdalı bir xəyal məni,
Gedirəm gəlməsəm yada sal məni

.

Bürüyüb göyləri indi çən, duman
Torpaq dilə gəlib aman ! Ay aman !
Vətən gözü yaşlı qalsa o zaman,
Ay Allah, sevgilim qalacaq mənsiz