Polad Bülbüloğlu – Mavi Gözündə
Mavi gözündə ulduzlar yatar
Bircə baxışla günü oyadar
Gəl, baxışınla bahari qaytar
Quşlar qayıtsın qoy qatar-qatar

Qulaq as sözümə
Sirr açım mən sənə
Baxdın sən üzümə
Od qoydun gözümə
Qaynayıb daşmadım mən
Baxdın sən üzümə
Mat qaldım özümə
Nə üçün çaşmadım mən
[Verse 2]
Hamı vurulur gözəlliyinə
Əsirin olur kim baxsa sənə
Sən baxmasaydın əvvəlcə mənə
Mən dönəcəkdim sənin kölgənə

Qulaq as sözümə
Sirr açım mən sənə
Baxdın sən üzümə
Od qoydun gözümə
Qaynayıb daşmadım mən
Baxdın sən üzümə
Mat qaldım özümə
Nə üçün çaşmadım mən