Yalnız keçir dim yaşımı
Zorla qaldırdım başımı
Bayaq axan gözyaşımı
Silə-silə sənə gəldim
#:
Gözlərimdə itdiyini
Ölümümün yetdiyini
Bir il öncə getdiyini
Bilə-bilə sənə gəldim
#:
Gecə səni düşününcə
Qəlb sıxılır, gedir küncə
Söylə, görüm mənə, səncə
Elə-belə sənə gəldim, yox
Bilə-bilə sənə gəldim
Elə-belə sənə gəldim, yox
Bilə-bilə sənə gəldim
Hazır düzəltdim qəbrini
Zorla tükətdim səbrini
Çoxdan daşlaşmış qəlbini
Dələ-dələ sənə gəldim