Onsuz yatmıram bu gecələri
Ola xəbəri ola xəbəri,
Onsuz dünyanın yoxdu dəyəri,
Yenə bilmirəm qəmi kədəri,

Onun boş qalıb qəlbimdə yeri
Ola xəbəri ola xəbəri,
Sızladır məni xatirələri
Çəkə bilmirəm bu çilələri

Ürəyim yanar ondan ötrü,
Qulağımda səsi ,burnumda ətri,
Gələ bir mənə xəbər ətri
Qayıda geri qayıda geri… X2