Əzizim, baxtı yarım

Baxtımın taxtı yarım

Üzündə göz izi var,

Sənə kim baxdı, yarım

Baxdı baxdı Sənə kim baxdı, yarım?

 

Əzizinəm bir də mən,

Doldur içim bir də mən.

Ömür keçdi, gün keçdi,

Cavan olmam bir də mən

Kecdi Kecdi Cavan Olmam Birde Men

Əzizim sarayından

Baxtımın sarayından

Gündə bir kərpic düşür

Ömrümün sarayından

Düşür, düşür, Ömrümün sarayından…

Lələnin harayından,

Əl yetməz sarayından.

Gündə bir kərpic düşür,

Ömrümün sarayından…

Düşür, düşür, Ömrümün sarayından…